Kursantlara hərbi təlimləri keçirilib
Sonra hədəflərin müşahidə olunması, silah ilə hərəkətdə, həmçinin yerindən əl qumbaralarının atılması, peyda olan və hərəkət edən yerüstü hədəflərə atəş açılması üzrə tapşırıqlar icra edilib. Praktiki məşğələlər zamanı şəxsi heyət tərəfindən qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Məşğələlərin keçirilməsində məqsəd kursantların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılması, o cümlədən silah və hərbi sursatlardan effektiv istifadə bacarıqlarının təkmilləşdirilməsidir.
AzVision.az
Teqlər: