Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanında

Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanında
  12 İyul 2024    Oxunub:1159
Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Tovuz döyüşlərinin dördüncü ildönümü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.

Şəhidlərin ölməzliyindən danışılıb, onların xatirələrinin bundan sonra da əziz tutulacağı vurğulanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti