“Azərbaycan Dəmir Yolları” 246 min manat cərimələndi
İşə baxılma zamanı müvafiq sahədə təbii inhisar subyekti olan səhmdar cəmiyyətinin müvafiq bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin yüklərin daşınması ilə bağlı verdiyi sifarişlərdən əsassız olaraq imtina etdiyi, tabeliyində olan təsərrüfat subyektinə yüklərin daşınması ilə bağlı dempinqin tətbiqi üçün şərait yaratdığı və infrastrukturdan istifadə ilə bağlı xüsusi güzəştlər tətbiq etdiyi aşkarlanıb.
Qeyd edilən inhisarçı davranışlar nəticəsində bazarda fəaliyyət göstərən digər təsərrüfat subyektlərinin fəaliyyət və rəqabət imkanlarının məhdudlaşdırıldığı, təbii inhisar subyektinin tabeliyində olan törəmə müəssisələrinə birtərəfli rəqabət üstünlüklərinin qazandırıldığı müəyyənləşdirilib.
“Antiinhisar fəaliyyəti haqqında” qanunun tələblərinin pozulduğu əsas götürülərək “Azərbaycan Dəmir Yolları”na 24 iyun 2024-cü il tarixində 246 241 manat maliyyə sanksiyası tətbiq olunub və müvafiq bazarda sahə inhisarçılığı hallarının aradan qaldırılması məqsədilə bir sıra icrası məcburi göstərişlər verilib.
Hazırda təbii inhisar subyektlərinin fəaliyyətinin əsasları 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir.
AzVision.az
Teqlər: