Birinci Qarabağ müharibəsi şəhidi Ağdaşda dəfn edilib

   Birinci Qarabağ müharibəsi şəhidi Ağdaşda dəfn edilib
  12 İyul 2024    Oxunub:1498
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əliyev İmaməddin Əliağa oğlunun meyitinin qalıqları Ağdaş rayonuna gətirilib. O, Birinci Fəxri xiyabanda naməlum şəhid kimi dəfn olunmuşdu.
AzVision.az AZƏRTAC- a istinadən xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Pirəzə kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında, atasının məzarı yanında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı yaylım atəşi açılıb.

Qeyd edək ki, Əliyev İmaməddin Əliağa oğlu 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

Elnur Məmmədov



AzVision.az






Teqlər:





Xəbər lenti