"Kiçik ada dövlətləri Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biridir"

   "Kiçik ada dövlətləri Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biridir"
  13 İyul 2024    Oxunub:1292
İnkişaf etməkdə olan kiçik ada dövlətləri Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biridir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edərkən deyib.

Dövlət başçısı Azərbaycanın yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışıb. Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib və “Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti