Lənkəranda aqroturizmin təşviqi ilə bağlı tədbir keçirilib

Lənkəranda aqroturizmin təşviqi ilə bağlı tədbir keçirilib
  15 İyul 2024    Oxunub:1022
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəfəq" Ekoturizm İctimai Birliyinin icra etdiyi “Aqroturizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran rayonunun Osakücə kəndində kənd təsərrüfatı subyektləri, kənd turizmi sahəsində çalışanlar, eyni zamanda digər bu sahəyə maraqlı şəxslər üçün seminar təşkil edilib.
Tədbir Lənkəran şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə baş tutub. tədbirdə Osakücə kənd İƏD üzrə nümayəndəsi Ramin Dövlətov və kənd bələdiyyəsinin sədri Həkət Cavadova da iştirak edib. Tədbirdə ümumilikdə 17 nəfər təmsil olunub.

Tədbirin proqramı və layihənin məqsədi ilə bağlı birliyin prezidenti, layihə rəhbəri Vamiq Babayev tərəfindən geniş məlumat verilib, layihənin hədəfləri iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra Osakücə kənd İƏD üzrə nümayəndəsi Ramin Dövlətov çıxış edərək dövlətin kənd təsərrüfatına və turizm sahəsinə diqqət və qayğısını qeyd edib, kənddə icra olunan layihələr barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Birliyin idarə heyyətinin üzvü, layihə üzrə ekspert Rafət Şirəliyev tərəfindən iştirakçılarla aqroturizm fəaliyyəti, turizm və kənd təsərrüfatının uyğunlaşdırılması, aqroturizm məhsulları və onların yaradılması, aqroturizmin faydaları, regionda aqroturizm imkanları, aqroturizm sahibkarlıq fəaliyyəti kimi, biznes yanaşması mövzusunda məlumatları bölüşüb və müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçılar tədbirin onlar üçün əhəmiyyətini qeyd edib gələcəkdə kənd təsərrüfatı sahibkarlarına aqroturizm fəaliyyətinin qurulmasında əlavə dəstəyin verilməsinin vacib olduğunu qeyd etdiblər. Yekunda tədbirdə sonadək iştirak edən iştirakçılara sertifikatlar təqdim edilib.
Məlumat üçün bildiririk ki, növbəti belə tədbirin Masallı rayonlarında həyata keçirilməsi və layihənin yekununda KİV, QHT, Turizm şirkətlərinin nümayəndələri və digər ictimai-fəal gənclərin iştirakı ilə regionda 3 günlük infoturun təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, layihənin məqsədi müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və aqroturizm potensialının alıcılara çatdırılmasını təşviq etməkdir.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti