COP29 çərçivəsində beyin mərkəzlərinin işçi qrupu yaradıldı

   COP29 çərçivəsində beyin mərkəzlərinin işçi qrupu yaradıldı
  16 Noyabr 2024    Oxunub:508
Bakı İqlim və Sülh Fəaliyyəti Habı çərçivəsində beyin mərkəzlərinin işçi qrupu yaradılıb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bu barədə 15 noyabr 2024-cü il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və COP29 Sədrliyinin birgə təşkilatçılığı ilə "COP29 Düşüncədən əmələ: Bakı Habı ilə həll yollarının formalaşdırılması" mövzusundakı dəyirmi masada bildirilib.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd etdi ki, bu işçi qrup Bakı İqlim və Sülh Fəaliyyəti Habının analitik qolu kimi fəaliyyət göstərəcək. Almaniyanın Adelphi, Birləşmiş Ərəb Əmirliklərinin Anwar Gargash Diplomatik Akademiyası (AGDA), Misirin "Münaqişələrin həlli, sülhün qorunması və sülh quruculuğu (CCCPA), Birləşmiş Krallığın Xarici İnkişaf İnstitutu (Overseas Development Institue-ODI) və WEC Italy ( World Energy Council) beyin mərkəzlərinin bir araya gəldiyi tədbirdə beyin mərkəzləri iqlim və sülh arasında qarşılıqlı əlaqə ilə bağlı Bakı çağırışına qoşulduqlarını bəyan ediblər.

Beyin mərkəzlərinin işçi qrupu Bakı Habı Katibliyinin koordinasiyası ilə fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, COP29 Sədrliyinin danışıqlar qrupunun müşaviri Elşad İskəndərov, BMTM-in İdarə Heyətinin sədri F. Şəfiyev, CCCPA -nın Baş direktoru Ahmed Abdel Latif, Adephi-dən iqlim diplomatiyası və təhlükəsizlik proqramının direktoru Janani Vivekananda, AGDA-dan Mustafa Bayoumi,WEC Italy-dən Komitə üzvü Paolo Storti, ODI-dən Rebecca Nadin çıxış edərək işçi qrupunun yaradılmasının vacib təşəbbüs olduğunu vurğulayıblar və mövcud bazanın əsasında keyfiyyətə nəzarət və düzgün tənzimləmənin aparılacağını qeyd ediblər.

Qeyd edək ki, sözügedən qrup tematik hesabatların hazırlanması, araşdırma və analitik nəşrlərin hazırlanması ilə məşğul olacaq. Həmçinin, işçi qrup tələb olunduğu təqdirdə tövsiyə və praktiki təlimatlar təqdim etməli, Katiblik tərəfindən hazırlanan illik hesabatlar üçün məlumat bazası toplamalıdır.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti