Estoniya Ukraynaya növbəti hərbi yardım paketini dəstəkləyib

Estoniya Ukraynaya növbəti hərbi yardım paketini dəstəkləyib
  16 Noyabr 2024    Oxunub:249
Estoniya hökumət kabineti ölkənin Müdafiə Nazirliyinin rəhbəri Hanno Pevkurun Ukraynaya texnika və sursatdan ibarət yeni hərbi yardım paketinin göndərilməsi təşəbbüsünü dəstəkləyib.
AzVision.az xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.

“Yeni yardım paketinə dəniz donanması geyimləri, müşahidə cihazları, nişangahlar, ballistik mühafizə vasitələri və döyüş sursatları daxildir”, - deyə nəşr qeyd edir.

Noyabrın 11-də Pevkur bildirib ki, Estoniya gələn il Ukraynaya daha bir hərbi yardım paketi göndərəcək. Ölkənin Müdafiə Nazirliyinin rəhbəri aydınlaşdırıb ki, pul ifadəsində Ukrayna tərəfinin dəstəyinin həcmi Estoniyanın ÜDM-nin 0,25%-ni təşkil edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti