Ukraynanın müdafiə nazirinə cinayət işi açılıb

  Ukraynanın müdafiə nazirinə cinayət işi açılıb
  28 Yanvar 2025    Oxunub:698
Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosu (NABU) “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi (AKM)” ictimai təşkilatının sorğusu əsasında ölkənin Müdafiə naziri Rustem Umerovun cinayət törətməsi ehtimalı ilə bağlı icraat qeydə alıb.
AzVision.az AKM-in sosial şəbəklərdəki səhifəsində yerləşdirilən məlumata istinadən xəbər verir ki, Ukraynanın Müdafiə naziri hakimiyyətindən və ya vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir. Bu maddə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Yanvarın 24-də Umerov Müdafiə Təchizatları Agentliyinin (DPA) Müşahidə Şurasının DPA-nın direktoru Marina Bezrukova ilə müqavilənin bir il müddətinə uzadılması qərarını yerinə yetirməkdən imtina edib. Nazir, həmçinin bu qərara səs verən Müşahidə Şurasının iki üzvünü - Taras Çmut və Yuri Cigiri vəzifəsindən azad edib”, - AKM-in paylaşdığı xəbərdə deyilir.

Məlumatda qeyd olunur ki, müdafiə təchizat agentliklərində nəzarət şuralarının yaradılması NATO-nun bu strukturları xarici təzyiqlərdən qorumaq üçün əsas tövsiyəsi idi. Umerov isə Mariya Bezrukovanı hərbi və ordu təchizatı ilə bağlı problemlərdə günahlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: AKM   Umerov   ittiham  





Xəbər lenti