Xatırladaq ki, "Hizbullah" terrorçuları ötən ilin avqustunda sözügedən bazada təbliğat videosu çəkib paylaşaraq "öz gücünü göstərməyə" çalışmışdı. Sentyabrın 27-də isə İsrail Silahlı Qüvvələri genişmiqyaslı əməliyyat başlatmış, İranın dəstəklədiyi terror təşkilatının ali rəhbərlərini, o cümlədən Baş katib Həsən Nəsrullahı zərərsizləşdirmişdi.
January 28, 2025
Digər tərəfdən, noyabrda İsrail və "Hizbullah" arasında atəşkəs sazişi imzalanmış, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilmişdi. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail terrorçuların yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Münaqişənin həlli üzrə vasitəçilər: ABŞ və Fransa ilə aparılan danışıqlar nəticəsində İsrail Ordusuna fevralın 18-dək möhlət verilib.
Firudin Həmidli
AzVision.az