Forbes: “Rusiya ordusu fəlakətli itkilər verir”
“Ruslar ümidsiz şəkildə Kursk bölgəsini azad etməyə çalışırlar və böyük itkilər verirlər”, - bölməsi 47-ci briqada ilə eyni sektoru müdafiə edən Ukrayna dəniz pilotsuz təyyarəsinin operatoru Kriqsforşer bildirib.
Lakin əhəmiyyətli itkilərə baxmayaraq, bu, Rusiyanın dörd ildir davam edən müharibəni uduzduğu anlamına gəlmir. Mənasız hücumlarda o qədər də texnika sərf etməyən Ukraynanın özü də uzun cəbhə xəttində ciddi çətinliklərlə üzləşir.
“Forbes” nəşrinin məlumatına görə, yanvarın 18-də Rusiyanın 155-ci ayrıca dəniz piyada briqadası və 234-cü hava desant-hücum alayının iştirakı ilə başlayan üç günlük hücum zamanı 14 piyada döyüş maşını və üç T-80 tankı məhv edilib. Dünən və ya ondan bir qədər əvvəl baş verən başqa bir hücumda isə ruslar ən azı dörd tank, döyüş maşını və bir pikap itkiriblər.
Sahil İsgəndərov
AzVision.az