"Ümidvaram ki, yardım agentlikləri, ən azından, daha bir neçə çörək sexi açacaqlar. Burada həddən artıq çox adam var, bir tikə çörək, bir şüşə su almaq üçün saatlarla növbə gözləyirik. Beləliklə, günümüz növbədə keçib gedir. Bu cür davam gətirə bilməyəcəyik. Əsl böhrandır", - zolağın cənubundan Qəzza şəhərinə qayıdan fələstinli Əhməd Şükür və Xəlil Əlvan "Al Jazeera"ya bildiriblər.
İsrail qəzzalıların zolağın şimalına qayıtmalarına icazə verib - VİDEO |
Xatırladaq ki, İsrail Silahlı Qüvvələri Qəzza zolağının şimalından hərbi əməliyyatlar səbəbi ilə didərgin düşmüş fələstinlilərin öz yurd-yuvalarına qayıtmalarına dünən yerli saatla 7-dən etibarən icazə verib.
Firudin Həmidli
AzVision.az