“YouTube” bu smartfonlarda fəaliyyətini dayandıracaq

“YouTube” bu smartfonlarda fəaliyyətini dayandıracaq
  18 Fevral 2025    Oxunub:545
“Google”, köhnə “Xiaomi” smartfonlarında “YouTube” proqramı üçün olacaq dəyişiklikləri açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə XiaomiTime portalı məlumat yayıb.

Yeniləmə şirkətin Android 7.1 və əvvəlki versiyaları ilə işləyən cihazlarına təsir göstərərək “YouTube” və “YouTube Music”in OS-nin köhnə versiyalarında fəaliyyətini dayandırmasına səbəb olacaq.

XiaomiTime-a görə, bir neçə məşhur Xiaomi modelləri: Mi 5, Mi 5s, Mi 5S Plus, Mi Max, Redmi 4, 4 Prime, 4X, Note 4, Note 4X, Note 5A, Redmi Y1, Note 5A Prime və Redmi Y1 Lite yenilənmədən təsirlənəcək.

Bundan əlavə, Xiaomi Mi 6, Mi Max 2, Redmi Note 5A Prime və Redmi Y1, Redmi 5 və Redmi 5A kimi Android 7.1 əməliyyat sistemi ilə işləyən smartfonların istifadəçiləri üçün YouTube dəstəyi itəcək.

Bu cihazlar üçün rəsmi “YouTube” dəstəyi dayandırılsa da, videolara baxmaq üçün alternativ yollar olacaq.

AzVision.az




Teqlər:





Xəbər lenti