Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq

Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq
  20 Fevral 2025    Oxunub:329
Tələbələr HTP çərçivəsində Qazaxıstanda doktorantura səviyyəsi üzrə təhsil alacaqlar.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşları 2024-2025-ci tədris ili üzrə doktorantura səviyyəsində Qazaxıstanda təhsil almaq imkanı qazanıblar.

Bildirilib ki, seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən tələbələr bu ölkənin nüfuzlu ali təhsil müəssisələrindən hesab edilən “Al-Farabi Kazakh National University” və “Kazakh National Pedagogical University named after Abai” ali təhsil müəssisələrində linqvistika və beynəlxalq münasibətlər üzrə təhsil almaq hüququ qazanıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti