Tramp: "Avropanın nazı ilə oynamayacağıq"

   Tramp: "Avropanın nazı ilə oynamayacağıq"
  07 Aprel 2025    Oxunub:490
ABŞ prezidenti Donald Tramp Amerikanın NATO-ya həddindən artıq xərclər çəkdiyini və Avropa ilə ticarətdən itkilərə məruz qaldığını bildirib.
AzVision.az xəbər verir ki, Donald Tramp Amerika liderinə məxsus “Air Force One” təyyarəsində belə bəyanat səsləndirib.

“Belə olmamalıdır. ABŞ ticarətdə 1,9 trilyon dollar itirə bilməz. Biz Avropa ölkələrini qorumaq üçün NATO-ya da pul xərcləyə bilmərik. Onlara hərbi yardım göstəririk, amma ticarətdə bizi aldadırlar. Bu ağılsızlıqdır. Məni buna görə seçdilər”, - Tramp vurğulayıb.

Avropa Trampı “yerinə oturtmaq” əzmindədir
Onun sözlərinə görə, Avropa ABŞ-yə “çox pis” yanaşır, Amerika avtomobillərini və kənd təsərrüfatı məhsullarını almır, ABŞ isə milyonlarla avropa istehsalı olan avtomobil idxal edir.

- Biz Mercedes, Volkswagen, BMW-ni qəbul edirik. Amma bizim maşınlardan bir dənə də olsun almırlar. Bizdən heç nə almırlar”, - ABŞ prezidenti şikayətlənib.

Xatırladaq ki, aprelin 2-də 183 ölkədən alınan məhsullara gömrük rüsumlarının əhəmiyyətli dərəcədə artırılması barədə qərar qəbul edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   NATO   xərclər  





Xəbər lenti