Aİİ ilə İran arasında ticarət rüsumu aradan qaldırılıb

   Aİİ ilə İran arasında ticarət rüsumu aradan qaldırılıb
  15 May 2025    Oxunub:511
Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında tam hüquqlu azad ticarət sazişi mayın 15-də qüvvəyə minib.
Rusiyanın İxrac Mərkəzinin yaydığı məlumata görə, ticarətin və iqtisadi-ticari əməkdaşlığın inkişafı, birgə layihələrin icrası üçün nəzərdə tutulan saziş çərçivəsində Rusiya məhsulları İran bazarına unikal şərtlərlə çıxış imkanı qazanıb. Eyni zamanda, malların idxalında kəmiyyət məhdudiyyətləri aradan qaldırılıb.

Saziş həmçinin iki ölkə arasında ticarətdə gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsinə, texniki tənzimləmə sahəsində aydın qaydaların tətbiqinə imkan yaradacaq.

Xatırladaq ki, İran və Aİİ arasında azad ticarət zonası sazişi 2023-cü il dekabrın 25-də Sankt-Peterburq şəhərində imzalanmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   Rusiya   Aİİ   ticarət   rüsum   ləğv  





Xəbər lenti