Xaricdən maşın gətirənlərin nəzərinə
Qeyd edək ki, avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən müvəqqəti gətirilməyə dair təsdiqedici sənədlər təqdim edilmədikdə, məlumatların çatışmazlığı aşkar edildikdə və müvəqqəti gətirilmə proseduru ilə bağlı riskli hallar yarandıqda gömrük orqanları tərəfindən üçüncü şəxsin zaminliyi, və ya müvəqqəti gətirilmə proseduru üçün maliyyə təminatı, və ya Azərbaycan Gömrük Məcəlləsi ilə müəyyən edilmiş digər təminat üsulları tələb olunacaq.
Xatırladaq ki, Azərbaycan “Avro-4” standartına cari ilin aprelin 1-dən keçib.(apa)