Avropalı gənclər Gəncədə

Avropalı gənclər Gəncədə
  12 Avqust 2014    Oxunub:2399
Norveç, Türkiyə, Belarusiya, Sloveniya və Gürcüstanlı gənclər Gəncədə
Avropanın 2016-cı il “Gənclər Paytaxtı” Gəncə şəhərində gənclərin hərtərəfli inkişafına dair yerli və beynəlxalq layihələr davam edir. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Norveçin “Overhalla Kommune” təşkilatının əməkdaşlığı, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Art and sport: hand in hand” Youth Exchange (“İncəsənət və İdman: əldən ələ” Gənclər Mübadiləsi) adlı beynəlxalq layihədə 6 ölkədən 42 gənc iştirak edir.

Layihənin rəsmi açılış mərasimində Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, “Odlar Yurdu” GİB-nin sədri Nigar Ələsgərova, layihə iştirakçıları və fəal gənclər iştirak ediblər.

Layihənin keçirilməsində məqsəd sağlam həyat tərzini təbliğ etmək, gənclərə gündəlik həyatlarında idmanla məşğul olmalarını təşviq etməklə, onlara bu vərdişin əhəmiyyətini çatdırmaq, həmçinin incəsənət sahəsində maraq yaratmaqla onlara öz potensiallarını aşkar etmək şəraiti yaratmaqdır. Layihə zamanı iştirakçılar idman və incəsənət fəaliyyətləri vasitəsilə səmərəli vaxt keçirməyi, sağlam həyat tərzinin yollarını öyrənəcək, incəsənətə aid yeni təcrübə qazanacaq və məlumatları bölüşəcəklər. Həmçinin layihə çərçivəsində Azərbaycanda həyata keçirilən idman siyasəti, bu sahədə qazanılan uğurlar, Azərbaycan incəsənətinin zənginliyi, ölkədə idmana və incəsənətə göstərilən qayğı haqqında geniş video təqdimatlar və müxtəlif məlumatlandırıcı tədbirlər keçiriləcək. Layihənin icrası zamanı Avropanın 2016-cı ildə Gənclər Paytaxtı Gəncəni daha geniş təbliğ etmək, digər regionlarımızla xarici ölkə gənclərini tanış etmək məqsədi ilə müxtəlif ekskursiyalar, gəzintilər, görüşlər nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan, Belarusiya, Sloveniya, Türkiyə, Gürcüstan və Norveçdən olan gənclərin iştirak etdiyi layihə 19 avqusta qədər davam edəcək.


Teqlər:





Xəbər lenti