Bakı sakinlərinin nəzərinə: su olmayacaq

Bakı sakinlərinin nəzərinə: su olmayacaq
  22 Avqust 2014    Oxunub:1797
Nəsimi və Səbail rayonlarının bir hissəsində içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaqdır.
“Azərsu” ASC –dən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar 23 avqust 2014-cü il tarixdə saat 09:00-dan etibarən Nəsimi və Səbail rayonlarının bir hissəsinə - Bülbül və Azadlıq prospektləri arasında yerləşən abonentlərə içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti