Kəlbəcər girovları ilə görüş olacaq
"BQXK-nin manadatına uyğun olaraq saxlanılan şəxslərlə görüş olacaq. Görüşün vaxtı barəsində heç nə deyə bilmərik. Görüş zamanı saxlanılan şəxslər ailələrinə məktub da yaza bilərlər. Bu onların hüququdur".
Öldürülmüş Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı danışıqların aparıldığını deyən komitə rəsmisi prosesin baş tutması üçün ilk öncə tərəflərin razılığa gəlməli olduğunu söyləyib:
"BQXK meyitlərin qaytarılması ilə bağlı neytral vasitəçilik xidmətlərini münaqişə tərəflərinə təklif edib. Tərəflər razılaşdıqdan sonra prosses həyata keçirilə bilər".
Qeyd edək ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Onun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.