Bakıda endirim fırıldağı
AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, satışda olan bütün mallara 70%-ə qədər endirim tətbiq edilməsi barədə mağazanın vitrin pəncərəsində reklam yayımlansa da, mağazada satışda olan malların qiymətlərinə endirimin tətbiq edilmədiyi aşkar olunub.
Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.
Qanun pozuntusuna yol vermiş fiziki şəxs C.Ağayev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
AzVision.az
Teqlər: