İsmayıllıda doğuş faciəsi – iki ananı öldürdü (ÖZƏL)
Hadisədən xəbər tutan xəstənin yaxınları xəstəxanada qarşıdurma yaradıblar. Xəstənin ailə üzvləri A.Ağayevanın həkim günahından öldüyünü bildirirlər.
“Afətin heç bir xəstəliyi, problemi yox idi. Onu həkimlər öldürdülər”-deyə xəstənin yaxınları əməliyyat aparan həkimdən şikayət edəcəklərini deyiblər.
Qeyd edək ki, A.Ağayeva 3 uşaq anası olub.
Doğuşu həkim Məlahət Hüseynova aparıb. Maraqlı fakt odur ki, M.Hüseynovanın adı bundan öncə də daha bir ana və körpə ölümündə hallanmışdı. Belə ki, ötən ilin iyunun 28-də Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı da doğuş zamanı dünyasını dəyişmişdi. Hadisəsə təqsirləndirilən həkim M.Hüseynova 6 ay doğuşa girmək qadağan edilmişdi.
Hadisə ilə bağlı hazırda araşdırma aparılır.
Anar Rüstəmov