Məktəblərdə yoxlamalar aparılır

Məktəblərdə yoxlamalar aparılır
  25 Noyabr 2014    Oxunub:2509
“Mövsümdən asılı olmayaraq təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması ilə bağlı dövlət standartına necə riayət olunub-olunmadığı araşdırılır”.
Bunun AzVision.az-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib. Onun sözlərinə görə, ötən illərlə müqayisədə bu il nöqsanlar sırf texniki səhvlərlə bağlıdır:

“Regionlarda elə bağçalarımız var ki, orada vəziyyət hələ də ürəkaçan deyil. Onların tez bir zamanda aradan qaldırılması qarşıya qoyulub. Ümumi şəkildə dəyişikliyi hiss edirik”.

F.Talıblı bildirib ki, orta məktəbləri ərzaqla təmin edən firmalarda, müəssisələrdə araşdırmalar aparılır və standartın tələbləri səviyyəsində artıq məktəblərimiz qida ilə təmin edilir:

“Məktəblərdə standarta uyğun olmayan məhsulların satışı varsa, valideynlərdən, ictimaiyyət nümayəndələrindən və şagirdlərdən xahiş edirik ki, bizə müraciət etsinlər”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti