Ana ölümünə görə həkimə 6 ay cəza
Bildirilib ki, rayon sakini Afət Ağayevanın ölümündə təqsirli bilinən həkim M.Hüseynova baş həkimin tapşıırğı ilə 6 ay müddətinə doğuş prosesinə qatılmayacaq.
Təqsirləndirilən həkim M.Hüseynova keçirilən iclasda hadisədə günahsız olduğunu deyib.
Hazırda rəsmi qurumlar tərəfindən araşdırma aparılır. Əgər A.Ağayevanın ölümündə onun gühanı sübuta yetirilərsə M.Hüseynova cinayət məsuliyyətinə cəlb ediləcək.
Qeyd edək ki, ötən gün axşam saatlarından İsmayıllı rayon Mərkəzi Xəstəxanasından ölüm hadisəsi baş verib. Doğuş zamanı rayonun Quşencə kənd sakini Afət Ağayeva dünyasını dəyişib. Onun yaxınları ölüm hadisəsində həkim Məlahət Hüseynovanı təqsirli bilirlər.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Maraqlı fakt odur ki, M.Hüseynovanın adı bundan öncə də daha bir ana və körpə ölümündə hallanmışdı. Belə ki, ötən ilin iyunun 28-də Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı da doğuş zamanı dünyasını dəyişmişdi. Hadisəsə təqsirləndirilən həkim M.Hüseynova 6 ay doğuşa girmək qadağan edilmişdi.
Anar Rüstəmov