Evimizə görə pul verəcəyik – YENİ VERGİ

Evimizə görə pul verəcəyik – YENİ VERGİ
  06 Yanvar 2015    Oxunub:3554
2015-ci ildən etibarən Azərbaycanda əmlak və torpaq vergilərinin dərəcələri və hesablanma qaydaları dəyişdirilib.
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, artıq verginin məbləği əmlakın qiymətindən yox, ölçülərindən asılı olacaq.

AzVision.az Fins.az-a istinadən xəbər verir ki, yeni qaydalarda yaşayış sahələri üçün ayrıca vergitutma mexanizmləri nəzərdə tutulub.

Belə ki, mənzilin sahəsi 30 m2-dən aşağı olan əmlak sahibləri əmlak vergisi ödəməyəcəklər.

Əmlak vergisi mənzilin 30 kvadratmetrdən artıq olan hissəsinə görə hesablanacaq. Amma verginin məbləği regionlardan asılı olaraq dəyişəcək.

Belə ki, 30 kvadratmetrdən artıq hər 1 m2-i üçün vergi Bakıda 40 qəpik, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 30 qəpik, digər şəhər və rayon mərkəzlərində 20 qəpik olacaq.

Kənd və qəsəbələrdə, o cümlədən kiçik yaşayış məntəqələrində isə evin hər kvadratmetrindən 10 qəpik tutulacaq (30 kvadratmetrdən artıq).

Məcəlləyə edilən dəyişikliklər nəticəsində əmlak vergisinin məbləği nəinki əmlakın hansı regionlarda yerləşməsini, hətta paytaxtın mərkəzində və ya kənarında yerləşməsini də nəzərə alacaq.

Belə ki, Bakının ayrı-ayrı ərazilərində əmlak vergisinin dərəcəsi fərqli olacaq.

Paytaxtdakı əmlakdan vergilərin hesablanması üçün 0,7-dən 1,5-ə qədər dəyişə bilən əlavə əmsal tətbiq edilə bilər. Başqa sözlə, Bakıdakı əmlak sahibləri üçün verginin məbləği hər m2 üçün 28 qəpikdən 60 qəpiyə qədər dəyişəcək.

Yəni əmlak vergisinin məbləği indiyə qədər mənzil-istismar idarələrinə ödənilən məbləğ qədər olacaq.

Sadəcə gələn ilin əvvəlində verginin ödənilməsi səlahiyyəti daşınmaz əmlakın yerləşdiyi ərazinin yerli özünü idarəetmə orqanlarına (bələdiyyələrə) veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti