Azərbaycanda bank satılır

Azərbaycanda bank satılır
  20 Yanvar 2015    Oxunub:3196
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Azərbaycan Kredit Bankı” ASC-nin səhm emissiyasını qeydə alıb.
Bu barədə fins.az QKDK-ya istinadən xəbər verir. Məlumata görə, hərraca hər birinin nominal dəyəri 224 manat olan 173 min səhmin çıxarılması nəzərdə tutulub.

Yerləşdirmənin anderrayteri “Texniki Kapital Menecment” MMC-dir. Emissiya baş tutsa, “Azərbaycan Kredit Bankı”nın nizamnamə kapitalı 37,75 milyon manat artaraq 50 milyon manatı keçəcək. Bankın məcmu kapitalı isə 43-44 milyon manata çatacaq.


Teqlər:  





Xəbər lenti