Almaniyada hicab problemi – İNFOQRAFİKA

Almaniyada hicab problemi – İNFOQRAFİKA
  14 İyul 2015    Oxunub:3520
Hazırda Almaniyada ən çox müzakirə olunan məsələlərdən biri də müsəlman şagirdlərin dərsə gedərkən hicab bağlayıb-bağlamamasıdır.

Məlum olduğu kimi, yaxın zamanda Almaniyanın orta məktəblərində islam dini adlı dərs tədris olunacaq və həmin dərsin şərtlərindən biri də hicabla iştirak etməkdir. Amma eyni zamanda, 8 əyalətdə dərslərdə hicabla iştirak etməklə bağlı konkret hüquqi və qanuni qadağalar qoyulub.

“Die Welt” bəzi əyalətlər islam dininə yanaşmada hüquqi prinsiplərə düzəliş etmək qərarına gəliblər. Belə ki, Baden-Vürttemberq əyalətində Ştutqard Landtaqı məsələyə ilə bağlı düzəlişlərə başlayacağını bildirib.

Xatırladaq ki, ilk olaraq müsəlman şagird və müəllimlərin öz dini geyimlərində dərslərə qatılmasına Karlsruhe şəhərində icazə verilib. Lakin Berlin, Bremen, Bavariya, Hessen və Nidersaksen kimi digər bəzi əyalətlərdə bu qadağa hazırda da qüvvədə qalmaqdadır.

Fərrux
AzVision.az


Teqlər:  





Xəbər lenti