Baqdasaryanın şikayəti rədd edildi
Gəncə Apellyasiya Məhkəməsində məhkəmənin ilkin baxış iclası iyunun 8-də keçirilib.
Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən Arsen Baqdasaryanın cəzası onun saxlanıldığı gündən, ötən il dekabrın 26-dan hesablanıb.
A.Baqdasaryan ilkin istintaq zamanı və istintaqın sonrakı gedişində təkzibolunmaz sübutların təsiri altında törətdiyi cinayətləri könüllü etiraf edib və işin halları ilə bağlı istintaqa ətraflı məlumat verib.
Törətdiyi əməllərə görə, A.Baqdasaryan Azərbaycan Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham olunub.