Azərbaycanda daha bir bank bağlandı

Azərbaycanda daha bir bank bağlandı
  15 İyul 2015    Oxunub:3699
Hazırda bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 2015-ci il 10 iyul tarixli qərarı ilə məcmu kapitalın minimal məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv edilib.

AzVision.az Mərkəzi Banka istinadən xəbər verir ki, bank lisenziyasının ləğvi barədə qərar iyulun 16-da qüvvəyə minəcək.

Məlumat verildiyi kimi, iyulun 13-də AMB tərəfindən “Azərbaycan Kredit Bankı”na təyin olunmuş müvəqqəti inzibatçı Bankda idarəetməni həyata keçirir.

AMB bir daha bildirir ki, “Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün Bankda yetərli likvid vəsaitlər mövcuddur. Hazırda Bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.


Teqlər:  





Xəbər lenti