Dollar bahalaşdı

Dollar bahalaşdı
  16 İyul 2015    Oxunub:2770
Bu gün iyulun 15-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi artıb.
AzVision.az məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 16-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0003 manat və ya 0,03% artaraq 1,0495 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0069 manat və ya 0,60% azalaraq 1,1477 manat olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti