Neft ucuzlaşır

Neft ucuzlaşır
  17 İyul 2015    Oxunub:2469
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,50 dollar və ya 0,97% ucuzlaşaraq 50,91 dollar təşkil edib.
AzVision.az-ın məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub.

Belə ki, bu markalı neftin qiyməti 0,23% yaxud 0,13 dollar geriləyərək 56,92 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 58 dollar/barel olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti