ATƏT təkzib etdi

ATƏT təkzib etdi
  22 İyul 2015    Oxunub:2332
Ukrayna üzrə təmas qrupunun görüşündə Donbasda zirehli texnika və 100 mm kalibrdən az olan silahların cəbhə xəttindən çəkilməsinə dair saziş imzalanmayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ATƏT-in təmas qrupundakı nümayəndəsi Martin Saydik bildirib.

“Razılaşma əldə olunmadı, heç bir sənəd imzalanmayıb”, deyə M.Saydik bildirib. Onun sözlərinə görə, yalnız təhlükəsizlik üzrə işçi qrupunda zirehli texnika və 100 mm kalibrdən az olan bir sıra silahların cəbhə xəttindən çəkilməsinə dair planların uyğunlaşdırılması barədə razılığa gəlinib.

“Həmçinin, tərəflər Şirokino qəsəbəsi və ətraf ərazilərinin demilitarizasiyası ilə bağlı müzakirələri davam etdiriblər”, deyə M.Stadnik əlavə edib.

Bundan əvvəl ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç bildirmişdi ki, Ukrayna üzrə təmas qrupunun iştirakçıları Donbasda zirehli texnika və 100 mm kalibrdən az olan silahların cəbhə xəttindən çəkilməsinə dair razılığa gəliblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti