Dollar ucuzlaşdı

Dollar ucuzlaşdı
  22 İyul 2015    Oxunub:3177
Bu gün iyulun 21-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dolları manata nisbətdə ucuzlaşıb.
AzVision.az məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 22-si olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% azalaraq 1,0495 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0111 manat və ya 0,98% artaraq 1,1476 manat olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti