Maaş ala bilməyənlərin sayı açıqlandı
Hesabat dövründə ümumilikdə 489402 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib ki, bu da ötən ilin ilk yarımili ilə müqayisədə 2,1 dəfə çoxdur. Ödənilməsi təmin olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin 413969 manatı əmək haqlarından, 8278 manatı zərərə görə ödənclərdən, 67155 manatı sosial müavinət və kompensasiyalardan ibarət olub.
Bu sahədə yol verilmiş nöqsanlara görə aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin 53.4-cü maddəsinə əsasən, müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Bununla yanaşı, son 6 ayda DƏMX işdən qeyri-qanuni şəkildə azad edilmiş 12 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunmasını təmin edib.
AzVision.az