Üç kəndə təbii qaz verilib

Üç kəndə təbii qaz verilib
  23 İyul 2015    Oxunub:2511
Bu gün Xaçmaz rayonunun Manafoba, Oğuz rayonunun Bayan, həmçinin Zaqatala rayonunun Yengiyan kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.
AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir ki, tədbirlərdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
146 abonenti olan Xaçmaz rayonunun Manafoba kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 3 040 metr uzunluğunda müxtəlif diametrli polietilen, 11 100 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 146 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

411 abonenti olan Oğuz rayonunun Bayan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2 829 metr uzunluğunda müxtəlif diametrli polietilen, 32 719 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 411 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

319 abonenti olan Zaqatala rayonunun Yengiyan kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 9 291 metr uzunluğunda müxtəlif diametrli polietilen, 18 208 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 319 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti