Neft Fondunun aktivləri azalıb

Neft Fondunun aktivləri azalıb
  23 İyul 2015    Oxunub:2215
2015-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 4 054,0 milyon manat, büdcə xərcləri isə 4 042,1 milyon manat təşkil edib.

Fonddan AzVision.az-a verilən məlumata görə, 2015-ci ilin ilk 6 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 812,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 802,1 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 5,7 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 241,9 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı Fondun büdcədənkənar gəliri 8 013,4 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 3 561,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 46,5 milyon manat vəsait ayrılıb.

"Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 17,2 milyon manat vəsait ayrılıb. 5,9 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib.

“Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 307,4 milyon manat vəsait ayrılıb. 2015-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 13,7 milyon manat təşkil edib.

2015-ci il iyulun 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 3,56% azalaraq 35 783,3 milyon ABŞ dollarına bərabər olub. İlin əvvəlinə nisbətən valyuta vəsaitlərinin azalmasının səbəbi valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti