Bağlanan bankdan müştərilərə xəbərdarlıq
Bank bütün borcalanların diqqətinə çatdırır ki, hazırda kreditlər üzrə ödənişlər bankın Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 167A ünvanında yerləşən baş ofisində həyata keçirilir.
Bank kredit ödənişlərinin vaxtında ödənilmədiyi zaman qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi xəbərdarlığını edib. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin iyulun 10-da verdiyi 27 saylı qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv olunub. “Banklar haqqında” Azərbaycan Respublikası qanunun 51.1.2 və 51.1.4-ci maddələrinin tələblərinə müvafiq olaraq “Azərbaycan Kredit Bankı” ASC-yə müvəqqəti inzibatçı təyin edilib.
Teqlər: