Əbülfəs Qarayev İtaliyada

Əbülfəs Qarayev İtaliyada
  01 Avqust 2015    Oxunub:2498
İtaliyada keçirilən “EXPO Milan 2015” sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans təşkil olunub.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az-a verilən məlumata görə, tədbirdə nazir Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Açılış mərasiminə İtaliyanın baş naziri Matteo Renzi, UNESCO-nun baş direktoru İrina Bokova, İtaliyanın mədəni irs, fəaliyyət və turizm naziri Dario Francesçini, 70-dən çox ölkədən mədəniyyət nazirləri və nümayəndə heyətləri qatılıb.

“Mədəniyyət xalqlar arasında dialoqun təkmilləşdirilməsində əsas vasitədir" başlığı altında keçirilən tədbirdə ölkələr sülhə, əmin-amanlığa, qlobal dünyada mədəniyyət üzərindən qalib gəlməyə çağırılıb.

Açılışda İrina Bokova çıxışı edərək, tədbiri yüksək qiymətləndirib və bildirib ki, dünyada sülhün qorunması baxımından belə tədbirlərin davamlı olaraq keçirilməsi zərurəti var. Daha sonra müxtəlif ölkələrin mədəniyyət nazirlərinin çıxışları ilə davam edən konfransda mədəniyyətin müxtəlif aspektləri üzrə məsələlərə toxunulub.


Teqlər:





Xəbər lenti