Keçəlin ağlı- Məntiq testi

Keçəlin ağlı-  Məntiq testi
  14 Oktyabr 2015    Oxunub:10523
Fateh gur saçlarıyla qürur duyurdu. Amma günlərin birində sevgilisi Şahanə ona deyir ki, çox da qürurlanmasın, çünki saçları artıq tökülməyə başlayıb, yavaş-yavaş keçəl olmağa doğru gedir.

Fateh savadlı oğlandır, həmişə AzVision.az saytını oxuyur, buna görə də Şahanəyə məntiqlə sübut etməyə çalışır ki, saçları nə qədər tökülsə də, heç vaxt keçəl olmayacaq.

Fateh : Başında 10.000 saç teli olan adam keçəldirmi?
Şahanə: Təbii ki yox.
Fateh : Belə başdan bir tük çəkilsə, keçəl olacaqmı?
Şahanə: Bir tüklə heç nə olmaz.
Fateh : Bəs, 9.999 saç tükü olan bir adam keçəldirmi?
Şahanə: Deyil.
Fateh: Bəs, 9.998 tükü olan?
Şahanə: Keçəl deyil.
Fateh: 9.997?
Şahanə : Orada dur. Fateh, sıfır saç telinə qədər sayacaqsan, sonra da saçı olmayan bir adamın keçəl olmadığını söyləyəcəksən, eləmi? Bu, axmaqlıqdır...
Fateh: Xeyr, axmaqlıq-zad deyil, Şahanə, keçəl olmayan bir adamdan bir saçın düşməsilə onun keçəl olmayacağını öz ağzınla dedin. İrəli sürdüyüm məntiqdə heç bir xəta yoxdur. Əsla keçəl olmayacağam.
Şahanə heç bir şey söyləmədən qayçı dalınca gedir...

Sual: Fatehin məntiqi harada yanılır?
Cavabı yaxın günlərdə dərc edəcəyik.

Hazırladı: Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti