İlham Əliyev “Rosneft” prezidentini qəbul edib

İlham Əliyev “Rosneft” prezidentini qəbul edib
  05 İyul 2013    Oxunub:1340
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Rusiya Federasiyasının "Rosneft" şirkətinin prezidenti İqor Seçini qəbul edib.
Dövlətimizin başçısı "Rosneft"in prezidenti İqor Seçinin Azərbaycana səfərinin neft-qaz sektorunda əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.

Ölkələrimizin bu sahədə əməkdaşlığının inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanların müəyyənləşdirilməsinin önəmini qeyd etdi.

"Rosneft" şirkətinin prezidenti İqor Seçin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı.

SOCAR-ın regionun ən böyük şirkətlərindən biri olduğunu vurğulayan İqor Seçin "Rosneft"in SOCAR ilə beynəlxalq miqyasda uğurla əməkdaşlıq etdiyini və bu əməkdaşlığın böyük perspektivlərə malik olduğunu dedi.

Dövlətimizin başçısı Prezident Vladimir Putinin səmimi salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiyanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı ikitərəfli münasibətlərimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını qeyd etdi.

Ölkələrimiz arasında neft-qaz sektorunda da əməkdaşlığın yaxşı təcrübəyə malik olduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələrin daha da genişləndirilməsi üçün səyləri artırmağın önəmini qeyd etdi.


Teqlər:  





Xəbər lenti