Baş Prokurorluğun əməkdaşları Varşavada

Baş Prokurorluğun əməkdaşları Varşavada
  05 İyul 2013    Oxunub:1175
Ölkələr arasında mövcud problemlər müzakirə olunub.
Varşavada Avropa Birliyi Şərq Tərəfdaşlığının Demokratiya, yaxşı idarəçilik və sabitlik adlı 1-ci çoxtərəfli platformasının ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə paneli çərçivəsində Avropa Komissiyası və Polşanın Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə "İkidilli formalar vasitəsilə mülki və cinayət işlərində hüquqi yardım" mövzusunda seminar keçirilib.

Baş Prokurorluqdan AzVision.az-a verilən məlumata görə, tədbirdə Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova) Ədliyyə nazirlikləri və Baş Prokurorluqlarının nümayəndələri ilə yanaşı Çexiya, Litva, Macarıstan və Polşanın hüquq mühafizə orqanlarının rəhbər əməkdaşları iştirak ediblər.

Seminarda ekstradisiya və cinayət işləri üzrə beynəlxalq hüquqi yardımın göstərilməsində ikidilli formaların tətbiqi, bu sahədə Polşa Respublikasının təcrübəsi və yuxarıda qeyd olunan ölkələr arasında mövcud problemlər müzakirə olunub.

Tədbirdə Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini, Ekstradisiya və hüquqi yardım şöbəsinin rəisi Erkin Əlixanov çıxış edərək, ölkəmizdə ekstradisiya və beynəlxalq hüquqi yardımın göstərilməsi sahəsində qəbul edilmiş beynəlxalq və milli qanunvericilik, eyni zamanda tətbiq olunan təcrübə barədə iştirakçılara ətraflı məlumat verib.


Teqlər:  





Xəbər lenti