İlham Əliyev Ağstafaya gedib

İlham Əliyev Ağstafaya gedib
  06 İyul 2013    Oxunub:1480
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

Qeyd edildi ki, Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2010-cu ilin dekabrında başlanılıb. Layihənin potensialı Ağstafa şəhəri, Xətai qəsəbəsi, Qaçaq Kərəm, Yenigün, Aşağı Kəsəmən və Aşağı Göycəli kəndlərini əhatə edir.

Hazırda tikintisi başa çatdırılmış su mənbəyinin potensialı 18 min şəhər və 22 min kənd əhalisinin suya olan tələbatını tam ödəyəcək. Bu da əlavə yaşayış məntəqələrinin sistemə qoşulmasına imkan verir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq edib.


Teqlər:  





Xəbər lenti