İbrahimbəyovun üçüncü dövlət qarşısında da öhdəliyi var!

İbrahimbəyovun üçüncü dövlət qarşısında da öhdəliyi var!
  06 İyul 2013    Oxunub:1362
Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov bugünlərdə verdiyi müsahibələrin birində Rusiya vətəndaşlığının olmasını belə izah edib ki, “Rusiya pasportu mənə SSRİ-dən miras qalıb”.

Belə çıxır ki, SSRİ dağılandan sonra sovet pasportunu Rusiya Federasiyasının pasportuna dəyişən İbrahimbəyov o zaman Elçibəy hökumətini aldadıb və həm də Azərbaycan pasportu alıb. Və beləliklə də ikili vətəndaşlıq qazanıb.

Amma bunu dəqiqləşdirmək üçün müraciət etdiyimiz məlumatlı mənbənin AzVision.az-a verdiyi açıqlama lap maraqlı oldu. Onun verdiyi informasiyaya görə, İbrahimbəyov Azərbaycan və Rusiyadan başqa, üçüncü bir dövlətin də pasportunu gəzdirir. Yəni dolayısıyla, üçüncü dövlət qarşısında da müvafiq öhdəliklər daşıyır.

Həmin üçüncü dövlətin adını hələ ki dəqiqləşdirmək olmadı. Bu istiqamətdə araşdırmalarımız davam edəcək.

Maral
AzVision.az



Teqlər:  





Xəbər lenti