Qənirə Paşayevadan hədələnən ombudsmana dəstək

Qənirə Paşayevadan hədələnən ombudsmana dəstək
  06 İyul 2013    Oxunub:1453
"Bu ədalətli xanıma, Moldovanın ombusmanı Aureliya Qriqoriuya insanlıq adına, cəsarətinə görə təşəkkür edirik. Ermənistan parlamentində Ermənistanın Xocalıda törətdiyi soyqırımdan danışmaq böyük bir cəsarət istəyir".
Bu sözləri millət vəkili Qənirə Paşayeva öz facebook statusunda yazıb. O bildirib ki, Aureliya Qriqoriuya sözün həqiqi mənasında əsil ombudsman,əsil insan haqları müvəkkilidir:

" Buradakı videoda Moldovanın ombusmanı Aureliya Qriqoriuya çıxış edən zaman və ondan sonra ona qarşı Ermənistanın təhdid və təzyiqlərini ermənilərin özlərinin hazırladığı video materialdan görmək çətin deyil. Biz bütün insan haqları təşkilatlarına insan haqlarını müdafiə edən ombusmanı Aureliya Qriqoriuya qarşə təzyiq və təhdidləri pisləməyə çağırırıq. Çünki Ermənistan parlamentində ermənilərin Azərbaycan torpaqlarını işğal etmələri və Xocalıda soyqırım törətmələri barədə cəsarətli çıxışı ilə gündəmə gələn Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriunun həyatına ciddi təhlükə var. Moldovanın parlament vəkili Ermənistandan BMT-nin dəstəyi ilə çıxarılmasını və təhlükəsizliyinə təminat verilməsini istəyir"-deyə, deputat ombudsmana dəstəyini bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti