Ramazan fətvası-VİDEO

Ramazan fətvası-VİDEO
  06 İyul 2013    Oxunub:1652
Hacı Surxay Həsənli: "İnsan oruc tutursa, Allahın haramlarından çəkinməlidir"
Qafqaz Müsəlmanları İdarəsi Ramazanın başlanması ilə bağlı iyulun 8-də fətva verəcək. İdarənin 2013-cü il Ramazan ayı üçün açıqladığı təqvimə görə, orucluğun ilk günü iyul ayının 10-na təsadüf edir. Ramazan bayramı isə avqustun 8 və ya 9 -na düşür. Qədr gecələri isə 27, 29, 31 iyul və 4 avqust tarixlərində olacaq. Din xadimləri ötən il olduğu kimi bu il də Ramazan ayının isti aylara düşdüyündən öz məsləhətlərini veriblər.

İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Həsənli məsləhət görür ki, insanlar imsaq vaxtı, xüsusilə iftar vaxtında qidalara xüsusi diqqət yetirsin: “Günboyu ən çox maye qəbul etmələri məsləhətdir. İnsan günün altında kifayət qədər qalmamalı, bədənini yormamalı, iztiraba salmamalıdır. Hər bir insan oruc tutursa, Allahın haramlarından çəkinməlidir. Həmçinin, gözü, ağzı, bütün bədəni oruc olmalıdır. Orucluq həm də insanların mənəviyyatının oruc olması deməkdir”.(ans)




Teqlər:





Xəbər lenti