İlham Əliyev əfqanıstanlı nazirlə görüşüb

İlham Əliyev əfqanıstanlı nazirlə görüşüb
  07 İyul 2013    Oxunub:1115
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Əfqanıstanın daxili işlər naziri Qulam Mustafa Patangı qəbul edib.
Daxili işlər naziri Qulam Mustafa Patang Əfqanıstan Prezidenti Həmid Kərzainin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu bildirilib, ölkələrimizin müxtəlif sahələrdə yaxşı əməkdaşlıq etdiyi vurğulanıb. Bu əməkdaşlığın daxili işlər orqanları arasında da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu diqqətə çatdırılıb. Nazir Qulam Mustafa Patangın Azərbaycana səfəri zamanı bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyinə və yaxşı nəticələrin əldə olunacağına əminlik ifadə edilib.

Dövlətimizin başçısı Prezident Həmid Kərzainin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Əfqanıstanın dövlət başçısına çatdırmağı xahiş edib.

AzVision.az


Teqlər:





Xəbər lenti