200 milyon dollar satışa çıxarıldı

200 milyon dollar satışa çıxarıldı
  22 Fevral 2016    Oxunub:2668
Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib və Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə Neft Fondundan məlumat verilib. Qeyd olunub ki, hərraca çıxarılan vəsaitdən 177,45 mln. dollar məbləğində (təklifin 88,73%-i) vəsait 13 banka satılıb.

Bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

AzVision.az



Teqlər:  





Xəbər lenti