Azercell sosial şəbəkələrdə liderliyini qoruyur

Azercell sosial şəbəkələrdə liderliyini qoruyur
  22 Fevral 2016    Oxunub:2064
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom növbəti dəfə yerli brendlər arasında Facebook sosial şəbəkəsində lider olub. Şirkət Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yanvar ayında müştəri istəklərinin "100% cavablama nəticəsini əldə edib.

Mobil operatorlar arasından ən cox 656 sual Azercell-ə ünvanlanıb və təbii ki, bütün suallar operativ şəkildə cavablandırılıb. Twitter sosial şəbəkəsində isə şirkət müştəri istəklərinin "80% cavablama nəticəsini əldə edib.

Azercell eyni zamanda 2015-ci ilin oktyabr-noyabr-dekabr aylarının nəticələrinə görə də lider olub. Şirkət uğurlu nəticələrinə görə, “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından ötən ilin IV rübü üçün “Socially devoted” (Sosial sədaqətli) sertifikatına layiq görülüb.
Məlumat üçün bildirək ki, Azercell ilk dəfə yerli şirkətlər arasında 2012-ci ildə Twitter rəsmi “verified” (təsdiqlənmiş) statusunu alıb. Hal-hazırda Azercell-in Twitter-də 90000-dən artıq izləyicisi var və bu göstəriciyə görə də, Azercell Azərbaycandakı şirkətlər və mobil operatorlar arasında birincidir.

Xatırladaq ki, Azercell Facebook sosial şəbəkəsindəki rəsmi səfihəsində müştəri istəklərinin 100% cavablama nəticəsini də qazanaraq yerli brendlər arasında rekord göstəriciyə imza atıb. Hələ 2012-ci ildə Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə Azercell ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olub. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Yüksək istifadəçi sayı ilə bərabər Azercell səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb.

Qeyd etmək istərdik ki, Azercell həm sosial şəbəkələrdə rəsmi səhifə, həm də onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operator olub. Bu yeniliklərin tətbiqində məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılmasıdır. Nəticədə Azercell abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram. Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.
Telekommunikasiya xidmətlərində liderliyini qoruyan Azercell hər zaman olduğu kimi, digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiyalardan istifadə etmək imkanı yaratmağa çalışır.



Teqlər:  





Xəbər lenti