Ekspertdən SOCAR-a 20 qəpiklik təklif

Ekspertdən SOCAR-a 20 qəpiklik təklif
  24 Fevral 2016    Oxunub:3650
“Azərbaycanda benzinin 30 faiz ucuzlaşması orta və uzun müddətli dövrdə büdcə gəlirlərinin azalmasına səbəb olmayacaq”.
AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov bildirib. Ekspert hesab edir ki, ölkəmizdə benzinin qiymətində dəyişiklik edilməlidir.

“Benzinin ucuzlaşması büdcə gəlirlərinin azalmasına səbəb olmayacaq, əksinə real sektoru canlandıracaq. Əgər bizdə daxili istehsal olunan benzinin qiyməti 46 ABŞ sentidirsə, bu Türkmənistanda 28, Qazaxıstanda 38, Rusiyada 42 sentdir. Orta aylıq əmək haqqının dollar ifadəsində bizə nisbətən Rusiyada 30, Qazaxıstanda 26 faiz çox olmasına baxmayaraq, həmin ölkələrdə benzinin qiyməti daha ucuzdur. Halbuki, bizim qiymətləndirmələr göstərir ki, hər litrinin cəmi 20 qəpik azaldılması həm iqtisadiyyata xüsusən də aqrar sektora, həm də vətəndaşların sosial vəziyyətinə müsbət təsir göstərəcək.

Maraqlıdır, Tarif Şurasi və SOCAR üçün bu 20 qəpik çoxmu prinsipial əhəmiyyət daşıyır?”-deyə V.Bayramov bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti