Əhaliyə faizsiz `halal kredit` verilməyəcək

Əhaliyə faizsiz `halal kredit` verilməyəcək
  26 Fevral 2016    Oxunub:3036
Azərbaycanda islam bankının yaradılması ilə bağlı rəsmi qərar yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda islam bankçılığın tətbiqi gözlənilmir:

"Bu barədə söhbətlər var. Amma rəsmi səviyyədə heç bir qərar yoxdur. Bizim bank qanunvericiliyi tam fərqlidir. Bu barədə deyilənlər niyətdən başqa bir şey deyil",-deyə MB sədri vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti